İdman Kateqoriyasız

Şahmatda növbəti Azərbaycan – Ermənistan qarşıdurması

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsinin püşkü atılıb.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ilk turda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşacaq. Teymur Rəcəbov isə birinci turda niderlandlı Aniş Giri ilə üz-üzə gələcək. Rəcəbov ağ, Məmmədyarov qara fiqurlarla oynayacaq.

İki azərbaycanlı şahmatçı arasında görüş isə 13-cü turda oynanılacaq.

Azərbaycan şahmatçılarının bütün görüşlərinin təqvimi belədir:

1-ci tur

Levon Aronyan (Ermənistan) – Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov – Aniş Giri (Niderland)

2-ci tur

Teymur Rəcəbov – Alan Piçot (Argentina)

Şəhriyar Məmmədyarov – Daniil Dubov (Rusiya)

3-cü tur

Uesli So (ABŞ) – Teymur Rəcəbov

Hikaru Nakamura (ABŞ) – Şəhriyar Məmmədyarov

4-cü tur

Şəhriyar Məmmədyarov – Yorden van Forest (Niderland)

Teymur Rəcəbov – Levon Aronyan (Ermənistan)

5-ci tur

Daniil Dubov (Rusiya) – Teymur Rəcəbov

Maksim Vaşye-Laqrav (Fransa) – Şəhriyar Məmmədyarov

6-cı tur

Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE)

Teymur Rəcəbov – Hikaru Nakamura (ABŞ)

7-ci tur

Yorden van Forest (Niderland) – Teymur Rəcəbov

Maqnus Karlsen (Norveç) – Şəhriyar Məmmədyarov

8-ci tur

Şəhriyar Məmmədyarov – David Anton (İspaniya)

Teymur Rəcəbov – Maksim Vaşye-Laqrav (Fransa)

9-cu tur

Alireza Firuzca (FIDE) – Teymur Rəcəbov

Nils Qrandelius (İsveç) – Şəhriyar Məmmədyarov

10-cu tur

Aniş Giri (Niderland) – Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov – Maqnus Karlsen (Norveç)

11-ci tur

David Anton (İspaniya) – Teymur Rəcəbov

Şəhriyar Məmmədyarov – Yan Nepomnyaşi (Rusiya)

12-ci tur

Sergey Karyakin (Rusiya) – Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov – Nils Qrandelius (İsveç)

13-cü

Şəhriyar Məmmədyarov – Teymur Rəcəbov

14-cü tur

Teymur Rəcəbov – Yan Nepomnyaşi (Rusiya)

Alan Piçot (Argentina) – Şəhriyar Məmmədyarov

15-ci tur

Şəhriyar Məmmədyarov – Uesli So (ABŞ)

Sergey Karyakin (Rusiya) – Teymur Rəcəbov

Qeyd edək ki, püşkə əsasən, ilk 5 tur martın 13-də, 6- 10-cu turlar martın 14-də, 11- 15-ci turlar martın 15-də keçiriləcək. İlkin mərhələnin yekununda 8 ən güclü şahmatçı 1/4 finala yüksələcək. Turnirə martın 21-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43