Ölkə futbolu

Samir Əliyev: “Bu gün daha çox aqressiv idik”

Topaz Premyer Liqasının III turunda keçirilən görüşdə “Neftçi” “Sumqayıt”ı məğlub etdi. – See more at:

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin baş məşqçisi Samir Əliyev oyundan sonra bunları deyib:

“Qol imkanlarımız çox oldu. Amma təcrübəsizlik yenə ön plana çıxdı, şansların az qismindən yararlana bildik. Ötən oyunlarla müqayisədə bu gün daha çox aqressiv idik. Problemlərimiz var və bunun üzərində işləməliyik. Fiziki hazırlığımızı daha yaxşı səviyyəyə gətirməliyik. Artıq bizim üçün fasilə başladı. Oyunçuları 3 günlük istirahətə buraxacağıq.  Məşqlər başlayanda əvəzedici heyətdən 5 nəfər götürəcəyik. Fasilə zamanı ölkə daxilində yoxlama görüşləri keçirməyi düşünürük”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43