Kateqoriyasız

Samir Əliyev “Neftçi”nin məşqçisi oldu

“Neftçi”nin baş məşqçisinin adına aydınlıq gəlib. 

“Flaqman”ın baş məşqçi postu rəsmən Böyükağa Hacıyevə  tapşırılıb. Nazim Süleymanov və Tərlan Əhmədovdan əvvəl də bu komandanı çalışdırmış Hacıyevin rəsmi müqaviləyə bu gün imza atdığı xəbərini aldıq.

Hacıyevin köməkçisinin də adı bizdə. Təcrübəli mütəxəssis ikinci məşqçi kimi Samir Əliyevi komandaya gətirib. Beləliklə, futbolçu karyerasının əsas hissəsini “Neftçi”də keçirmiş Əliyev bundan sonra əsas komandada məşqçi kimi fəaliyyət göstərəcək. Üçüncü məşqçi isə Bəxtiyar Musayev olacaq. Musayev yenidən komandaya qaytarılıb.

stadium.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43