İdman

Samir Əliyev: “Qarabağ”ın imkan verdiyi qədər oynadıq”

“Oyundan sonra əzmkar mübarizələrinə görə futbolçulara təşəkkür etdim. Bəhanə gətirmək istəmirəm. “Qarabağ”la “Səbail” eyni səviyyəli komanda deyil”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Səbail” – “Qarabağ” matçı sonrası baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Əliyev deyib. Çalışdırıcı qarşılaşma haqda bunları deyib.

– “Səbail” ilk hissədə daha çox pressinq edirdi, ikinsi hissənin son 30 dəqiqəsində isə sanki yorğunluq var idi…

– Əksinə, ikinci hissənin sonlarında daha çox pressinqlər edirdik.

– Görüş boyunca elə çox qol epizodu yarada bilmədiniz…

– Düzdü, ancaq onların da elə çox qol vəziyyəti olmadı. Biz də çalışırıq ki, oyunlarımızı düzəldək. “Qarabağ”ın imkan verdiyi qədər oynadıq.

– “Kəpəz” – “Keşlə” matçında hansı komandaya azarkeşlik edirdiniz?

– Açığı istəyirdim ki, görüş heç-heçə bitsin. Çünki xal fərqində bizə çatmalarını istəmirəm. Bununla belə, biz öz oyunlarımıza baxırıq. Elə də vacib deyil, kim necə oynadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43