Ölkə futbolu

Samir Abasov: “Bilmirəm ki, oyunçulara nə oldu”

Topaz Premyer Liqasının III dövrəsinə start verilib

İdmanxeber.az-ın məlumatına görə, turun açılış matçında “Sabah” “Zirə”nin qonağı olub. Qarşılaşmanın ardından ev sahibi komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

“Həddindən artıq pis oyun oldu. Özümüz öz oyunumuzdan belə bir şey gözləmirdik. Biz hələdə yoxlama oyunları ilə çempionat oyunun fərqinə varmamışıq. Öz azarkeşlərimizin önüdə oynamaq oyunçularda həyəcan yaratdı. Birinici hissədə artıq 4-5 nəfər oyundan qopmuşdu. Toparlana bilmədik. Yeni oyunçular buraxmaqda məqsəd ab-havanı hiss etmələri üçün idi. İstəyirik ki, biz kömək etsinlər. Yeni oyunçularıdan ikisi biraz hazır idi, onlara şans verdik. Bizim üçün ümidlərin kəsildiyi bir oyun idi. Özümüzü çuxura slamaq üçün hər şeyi etdik. Bilmirəm ki, oyunçulara nə oldu ?”.

-Faizdən dəyərləndirsəniz komanda sizin tapşırıqların neçə faizini yerini yetirə bildi ?

-Faizi dərəcəsi ilə sıfır deyərəm. Hansısa oyunçu mən bilmədiyim səbəbdən oyunu alınmırsa, rəqibin azlıqda qalmasının fərqin varmır. Çünki o an öz ab-havalarımda oynayır.

-Yeni transferlərin komandaya uyğunlaşamsı üçün neçə tur lazımdır ?

-Düşünürəm ki, 3-4 turdan sonra daha yaxşı təsir bağışlayacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43