28 Sentyabr 2020
Ölkə futbolu

Samir Abasov Xorvatiyaya yollandı

Xorvatiyanın Zaqreb “Dinamo”su ilə “Sumqayıt” klubu arasında əldə olunmuş razılığa əsasən, “Gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasov və akademiyanın koordinatorları Baba Əsgərov və Sabir Əliyev adıçəkilən klubun düşərgəsinə yollanıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübə qazanmaq məqsədi ilə 15-20 may tarixlərində baş tutacaq səfər AFFA-nın və Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq Samir Abasov və Baba Əsgərovun UEFA-nın “Pro” kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridir. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq.

Ümumilikdə isə hər 3 məşqçi Xorvatiyada olduğu 5 gün müddətində “Dinamo”nun məşq prosesini izləməklə yanaşı, akademiyanın iş prinsipi ilə də yaxından tanış olacaq. Məşqçilər Xorvatiyada olduğu müddətdə U-17 Avropa Çempionatının final oyununu da izləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sumqayıt” “İnter” və “Zirə”yə qarşı

admin

Syomin transfer dedi-qodularına nöqtə qoydu

admin

Rəşadın avtoqolu, Bədavinin lazımsız hərəkəti, millimizin məğlubiyyəti – VİDEO

admin