Kateqoriyasız

Samir Abbasov razıdı

“Artıq iki gündür Antalyada təlim-məşq toplanışını davam etdiririk. Plan üzrə bu gün ilk yoxlama oyununa çıxdıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov  Qazaxıstanın  “Akjayık” klubu ilə keçirilən yoxlama oyunundan (1:0) sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Qarşılaşmanı şərh edən baş məşqçi futbolçularından razı qaldığını bildirib: “Akjayık”la oyunda iki heyətlə çıxış etdik. Sadəcə olaraq, oyun praktikası sarıdan korluq çəkən bir neçə nəfəri çox oynatdım. Oyuna gəldikdə, uşaqlardan razı qaldım. Həvəslə çıxış edib istəklərini ortaya qoydular və qələbə qazandılar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43