Dünyadan

Samir Məsimov Qazaxıstan klubunda

"Neftçi"nin keçmiş futbolçusu Samir Məsimovun Sloveniyanın "Domjale" klubundan ayrıldığını və Qazaxıstanın "Okjetpes" klubu ilə razılığa gəldiyi haqda məlumatı diqqətinizə çatdırmışdıq.

İdmanxeber.com-un məlumatına görə, “Domjale”də əsas heyətə düşməyən Məsimov "Okjetpes" klubu ilə münasibətlərini rəsmiləşdirib.

Samir hətta Türkiyədə toplanışında olan "Okjetpes"in heyətində yoxlama matçlarına da çıxıb. O, "Kunduspor" (Türkiyə) və "Kaysar"la (Qazaxıstan) matçlarda iştirak edib. O, yoxlama oyunlarında qol vurmağa da müvəffəq olub.

Kokşetau şəhərini təmsil edən "Okjetpes"də “Neftçi”nin daha bir keçmiş üzvü – Saşa Stamenkoviç də forma geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43