25 Yanvar 2020
Dünyadan

Saşa Stamenkoviç: “Azərbaycan futbolunu daim uca görmək istəyirəm”

Türkiyənin Antalya şəhərində keçirilən Azərbaycan U-21 – “Okjetpes” (Qazaxıstan) görüşündə bir araya gələn hər üç briqadanın ölkəmizlə əlaqəsi var idi. Belə ki, Azərbaycanın gələcək əsas millisi olacaq U-21 yığmamızın qazaxlara qarşı görüşünü Elvin Əsgərovun başçılıq etdiyi hakimlər briqadası idarə edirdi. Ona bu işdə Cavanşir Yusifov və Elşad Abdullayev yardımçı idilər.

Qazaxıstanı təmsil edən komandanın heyətində isə Azərbaycan futboluna çox yaxşı tanış olan 3 sima yer alırdı. Söhbət uzun müddət “Neftçi”də oynamış qapıçı Saşa Stamenkoviç, eləcə də yolu paytaxt klubundan keçmiş Samir Məsimovla “Bakı”nın uğurları üçün çalışmış Lukas Mario Horvatdan gedir. 2-2 hesabı ilə bitən görüşdən adları çəkilən futbolçulardan PFL-in əməkdaşları açıqlama alıb.

Saşa Stamenkoviç: “Antalyada ilk yoxlama oyununa çıxdıq. Nəticədən daha çox oyun keyfiyyətinə fikir verirdik. Azərbaycan millisinə qarşı oynamaq xoş oldu. Heyətdə potensiallı futbolçular var. Onlar daha çox çalışmalıdırlar ki özlərini sübut etsinlər. Yaxşı oyun alındı. Bunda hakimlərin də rolu var. Ümumiyyətlə Azərbaycan hakimlərinin adına Avropada tez-tez rast gəlirik. Əliyar, Rəhim, Orxan və digərlərini qeyd edə bilərəm. Azərbaycan mənim üçün doğma yerdir, bu ölkənin futbolunu daim uca görmək istəyirəm”.

Samir Məsimov: “Azərbaycan millisinə qarşı oynamaq xoş oldu. Tanıdığım futbolçuları gördüm, öz həmyaşıdlarımla görüşdüm. Yaxşı oyun alındığını düşünürəm, nəticə önəmli deyil”

Lukas Mario Horvat: “Domjale”də oynayarkən Avropa Liqasındakı oyunumuz azərbaycanlı hakim tərəfindən idarə olunmuşdu (Orxan Məmmədov nəzərdə tutulur – red.) Bu gün də yaxşı idarəçilik və maraqlı oyun getdi. Açığı, mən Qazaxıstan klubuna yeni gəlmişəm, tanıdığım adam azdır. Azərbaycan millisi ilə oyun mənim üçün önəmli idi ki, özümü ilk yoxlama görüşündə yaxşı göstərim”.

Oxşar xəbərlər

FİFA prezidenti açıqladı: “DÇ-2022″ noyabr və dekabrda keçiriləcək”

admin

“Dnepr”in baş məşqçisi narahatdı: “Bərabərlik “Qarabağ”ı 1/8 finala yüksəldəcək”

admin

Günün oyunlarına baxmağın yolu – TV AFİŞA

admin