Dünya futbolu

“Şaxtyor” “Liverpul”a qiymət oxudu: 50 milyon

“Liverpul” Donetsk “Şaxtyor”unun futbolçusu Aleks Teyşeyranı transfer etmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, tərəflər arasında təqribən bir aydır davam edən danışıqlar hələ də nəticəsiz qalıb. Belə ki, tərəflər keçidin dəyərində razılığa  gələ bilmir. “Qırmızılar” Ukrayna klubuna öncə 30, daha sonra isə 40 milyon avro təklif edib. Lakin hər iki halda rədd cavabı alıblar. Donetsklilər mersesaydlılardan braziliyalı yarımmüdafiəçiyə görə 50 milyon avro tələb edir.

Teyşeyranın özü isə İngiltərə mətbuatına açıqlamasında danışıqların yaxın günlərdə müsbət yekunlaşacağına inandığını bildirib:

“Artıq xeyli müddətdi bu məsələ gündəmdədi. Buna son qoymaq lazımdı. “Liverpul”un formasını geyəcəyim günü səbrsizliklə gözləyirəm. Dünən “Şaxtyor” rəhbərliyi ingilislərin təklifini rədd etdi. Bundan sonra qərara gəldim ki, menecerim də danışıqlarda iştirak etsin. Bu məsələ qısa zamanda həllini tapmalıdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43