Kateqoriyasız

“Şaxtyor” “Qəbələ”ni zərbə altına qoyur

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukraynanın “Şaxtyor” klubunu çalışdıra bilər.

İdmanxeber.com-un məlumatına görə, belə bir iddia ilə Ukrayna mətbuatı çıxış edib. Donetsk klubunda boş qlamış baş məşqçi postuna namizədlər arasında “Qəbələ”nin baş məşqçisinin də adı var. 

Qriqorçukdan başqa Miron Markeviç, Yuri Vernidub, Razvan Luçesku, Dario Srna və Paco Xemez də Şaxtyor”un baş məşqçisi postuna namizəd göstərilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43