Ölkə futbolu

“Səbail” də dəyişdi – FOTO

Bu il ilk dəfə Premyer Liqada çıxış edəcək "Səbail" Futbol Klubunda daha bir yenilik baş verib.

İdmanxeber.com-un klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi ölkə çempionatının elitasına yeni loqotipin müşayiəti ilə qədəm qoyub. 
Loqonun mərkəzində klubun adının birinci hərfini əks etdirən S hərfi yer alıb. Bütövlükdə klubun özünü simvolizə edən hərfin ətrafında mavi rəngin iki çaları öz əksini tapıb. Bunlardan nisbətən açıq rəngdə olanı dəniz, daha tünd rənglisi isə dəniz dalğası anlamındadır. Sulara qərq olmuş Səbail qalası haqqında əfsanənin motivlərini özündə əks etdirən loqotip daha çox sadəliyi ilə diqqət çəkir, başqa sözlə, son dövrlərdə bir çox klubların öz loqolarını yenilədiyi zaman müraciət etdiyi minimalizm tendensiyası əsasında yaradılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43