Ölkə futbolu

“Səbail” Premyer Liqanın hazırlıqlarına başlayır

Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Səbail” klubu iyunun 12-dən məşqlərə start verir.

Debütant Samir Əliyevin rəhbərliyi altında 12 iyundan etibarən “Dalğa Arena”da hazırlıqlara başlayacaq.

Komanda iyulun 6-na qədər məşqlərini Bakıda davam etdirməsi planlaşdırılıb. “Səbail”in bu müddətdə 3 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblərin adı isə hələlik məlum deyil.

Bayıl təmsilçisi iyulun 6-dan sonra toplanış üçün ölkə xaricinə üz tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43