“Səbail” heyətinə yeni futbolçu cəlb edib.
İdmanxeber.com-un məlumatına görə, Bakı təmsilçisi Enrike Moura ilə 1+1 müqaviləyə imza atıb.
Braziliyalı müdafiəçi daha əvvəl ölkəsinin “Villa Nova”, “Qoyas”, “Aparesidense”, “Qremio Anapolis”, “Parauapebas”, “Remo” və Kosta Rikanın “Deportivo Saprissa” klublarında çıxış edib.