Premyer Liqa

“Şəfa”da polis və “Neftçi” azarkeşləri arasında qarşıdurma

Hazırda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “İnter”lə “Neftçi” qarşılaşır.

İdmanxeber.com-un matça ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qonaq komandanın fanatları qarşılaşmanın gedişatında “fakel” yandırıblar. Buna mane olmaq istəyən polislərlə azarkeşlər arasında qarşıdurma yaşanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43