Ölkə futbolu

“Şəfa”da söz duellosu: “Azər, “oçki” tax, “oçki”

Hazırda "Şəfa" stadionunda keçirilən "İnter" – "Sumqayıt" matçında maraqlı bir hadisə yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, "gənclik şəhəri"nin baş məşqçisi Aqil Məmmədov ilk hissənin sonlarına yaxın yan xətt hakimi Azər Əsgərova etirazını bildirib. Belə ki, bir epizodda topun yan xətti tərk etdiyini düşünən Məmmədov yan xətt hakiminə üzünü tutaraq "Azər, "oçki" tax, "oçki" – deyib. Yan xətt hakimi isə buna biganə qalmayaraq, yüksək səslə "narahat olma, taxacam, taxacam" – cavabını verib. Bundan onra ilk yarı bitənə kimi baş məşqçi və yan xətt hakimi arasında dialoq səngimək bilməyib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43