Kateqoriyasız

Şehiç aşağı liqada oynamaq istəmir: “Qarabağ”a qayıda bilər

Ötən mövsümün sonunda “Qarabağ”dan Türkiyənin “Ərzurumspor” klubuna keçən İbrahim Şehiç komandadan ayrılmağa qərar verib.

İdmanxeber.az-ın məlumatına görə, bosniyalı qapıçı aşağı liqaya düşən klubda qalmaq istəmir. Onun “Qarabağ”a dönmə ehtimalı da var. Lakin 30 yaşlı qapıçının “Trabzonspor”un hədəfində olduğu bildirilir.

Xatırladaq ki, Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43