İdman

“Səhvləri minimuma endirməliyik” – millimizin baş məşqçisi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.

İdmanxeber.com-un AFFA-nın MOİK-lə qarşılaşan U-19  2:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını Emil Qasımov və Elcan Hafizli vurub.

Oyundan sonra U-19-un baş məşqçisi Vüqar Məmməd fikirlərini bildirib:

“Təcrübəli futbolçulardan qurulmuş komandaya qarşı oynadıq. Qarşılaşmada sürət yüksək idi. Futbolçuların hamısı meydana çıxmaq şansı qazandı. Bizim üçün çox ağır oyun olsa da, qələbə qazandıq. Komandamı bu münasibətlə təbrik edirəm. Futbolçular meydanda çox çalışdılar. Ancaq razı qalmadığım nüanslar da oldu. Hər oyunda futbolçuların qarşısında müdafiədə diqqətli oynayaraq, hücumda daha dəqiq olmaları tələbini qoyuruq. Nöqsanlar üzərində səylə çalışaraq, oyundan-oyuna səhvləri minimuma endirməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43