Dünya futbolu

Seneqallı futbolçu üçün 4 milyon…

"Çelsi"dən Demba Banı transfer edə bilməyən "Trabzonspor" klubu bu dəfə "Nyukasl"ın qapısını döyüb.

Türkiyənin "Fanatik" saytının yaydığı xəbərə görə, Trabzon təmsilçisi komandanın "qol silahı" Papis Sisseni transfer etmək üçün hərəkətə keçib. Mənbənin yazdığına görə, türk klubu seneqallı forvard üçün 4 milyon avro verməyə hazırdır. Hadisələrin necə inkişaf edəcəyi maraqla gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43