Dünya futbolu

“Sent Etyen”in futbolçusu: “Qarabağ”la oyun hər şeyi həll edə bilər”

“İnter”lə oyunda tərəflərdən biri qələbə qazana bilərdi. “İnter”in hələ fasiləyə kimi hesabı 0:2 etmək şansı vardı. Həmçinin ikinci hissədə də bizim qələbə qazanmaq şansımız vardı. İlk hissədə biz bir qədər çəkinsək də, ikinci hissədə lazımi oyunu göstərə bildik. Doğma meydan amilindən istifadə edərək daha yaxşı nəticə qazana bilərdik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Sent-Etyen”in futbolçusu Fabien Lemuan Avroliqanın növbəti oyunları haqqında danışarkən deyib:

“Dnepr”in “Qarabağ”ı məğlub etməsi bizi ikinci pilləyə daşıdı. Lakin hər üç komandanın aktivində 4 xal var. Bizim hələ də şansımız qalır. Qarşıda iki matçımız var. Bunlardan biri evdə “Qarabağ”a qarşıdı. Bu oyun hər şeyi həll edə bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43