İdman

“Sərfəli nəticəyla qayıtmaq üçün meydana çıxacağıq” – Qurban Qurbanov

“Qarabağ” sabah UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında Albaniyada “Kukesi”nin qonağı olacaq.

İdmanxeber.com-un məlıumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini klubun rəsmi saytına bildirib: “Kukesi” futbolçularının mətbuata açıqlamalarına nəzər yetirsək, onların inamlı danışdıqlarını görərik. Bu da onların meydana qələbə üçün çıxacaqlarını göstərir. Rəqibi yaxşı analiz etmişik. Səhvsiz oynamağa çalışacağıq. Heyətlə bağlı bir neçə problemimiz var, amma meydana çıxanda bunları göstərməməyə çalışacağıq. Səfərdən maksimum sərfəli nəticəyla qayıtmaq üçün meydana çıxacağıq”.

Qeyd edək ki, oyun sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43