Dünya futbolu

Şevçenko millinin baş məşqçisi ola bilər

Ukrayna Futbol Federasiyası (UFF) milli komandaya yeni baş məşqçi təyin etməyə çox yaxındır.

İdmanxeber.com-un məlumatına görə, bu posta əsas namizəd Andrey Şevçenkodur.

“Milan”ın və Ukrayna millisinin əfsanəvi hücumçusu bu posta təyin olunacağı təqdirdə məşqçilər korpusunu bütövlükdə dəyişəcəyi ehtimal olunur.

Hazırki çalışdırıcı Mixail Fomenko isə “Avro-2016″dakı uğursuzluqdan sonra milli komanda ilə çalışmaq istəmədiyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43