Kateqoriyasız

Şeydayevin klubu baş məşqçi ilə bağlı rəsmi qərarını açıqladı

Rusiyanın “Dinamo” klubu baş məşqçisi Dmitri Xoxlovun istefaya göndəriləcəyi xəbərləri təkzib edib.

Moskva təmsilçisi bununla bağlı bəyanat yayıb. 43 yaşlı mütəxəssisin qış fasiləsinə qədər klubdan ayrılmayacağı qeyd edilib.

“Dinamo” 10 turdan sonra 10 xal toplayıb.

Paytaxt klubunda çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayev son dörd oyunda meydana çıxmayıb. 22 yaşlı hücumçu altı qarşılaşmada bir assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43