Ölkə futbolu

Sezar Rodriqes “Zirə”də qaldı

“Zirə” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Xulio Sezar Rodriqes ilə müqavilənin müddətini 1 illik uzadıb.

Qeyd edək ki, paraqvaylı hücumçu bu ilin yanvar ayından “Zirə”nin şərəfini qoruyur.

Xatırladaq ki, klub bundan əvvəl Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca, Tellur Mütəllimov, Adrian Skarlatake ilə müqavilənin müddətini artırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43