Milli komanda

Şimali İrlandiya – Azərbaycan: Hakimlər açıqlandı

Millimizin DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə keçiriləcək oyununun hakimləri bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Bülfastda keçiriləcək matç fransalı hakimlər briqadasına həvalə olunub. Görüşün baş hakimi Kleman Torpin olacaq. Ona Nikola Danos və Kril Qrinor kömək edəcək. Dördüncü hakim funksiyasını isə Frenk Şneyder yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 11-də “Vindzor Park”da keçiriləcək Şimali İrlandiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43