İdman

Şimali İrlandiya millisində daha bir itki: Millimizlə oyunu buraxacaq

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Şimali İrlandiya daha bir itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, irlandların əsas heyt üzvlərindən olan  Stüart Dallas millimizlə oyunu buraxmalı olacaq. Buna səbəb onun formasını geyindiyi İngiltərənin 2Lid Yunayted” klubunun heyətində zədələnməsi olub.

Düzdü Şimali İrlandiya millisinin baş məşqçisi futbolçunu millinin heyətinə dəvət edib. Ancaq onun oynamayacağı daha realdı.

Qeyd edək ki, noyabrın 11-də keçiriləcək matçd Şimali İrlandiya millisinin digər üzvü Ceymi Uord da zədə səbəbindən buraxacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43