Dünya futbolu

Simeone “Atletiko”da qalacaq

Dieqo Simeone növbəti mövsümdə də “Atletiko”da çalışacaq.

İdmanxeber.com-un məlumatına görə, cari mövsümdə qeydə alınacaq nəticələrdən asılı olmayaraq, argentinalı mütəxəssis Madrid klubundan ayrılmayacaq.

“Atletiko” cari mövsümdə 24 turdan sonra La Liqada dördüncü pillədə qərarlaşıb. Madriddəki 5 illik fəaliyyəti dövründə Simeone keçirdiyi oyunların 187-də qalib gəlib, 61-də heç-heçə edib və 52 görüşdə məğlubiyyət acısı yaşayıb.

Argentinalının rəhbərliyi altında keçirdiyi oyunların 62 faizində “Atletiko” qələbə qazanıb ki, bu da klub tarixində rekord göstəricidir.

Qeyd edək ki, son zamanlar Simeonenin mövsümün sonunda “Atletiko”dan ayrılacağı, karyerasını İtaliya və ya İngiltərədə davam etdirəcəyi barədə xəbərlər səngimək bilmirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43