Ölkə futbolu

“Simurq” bəyanat yaydı

“Zaqatala şəhər stadionu”nda yenidənqurma işlərinin getməsilə əlaqədar, “Simurq” yeni mövsümdəki ev oyunlarını doğma arenada keçirdə bilmirdi. 

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, bəyanatda bunlar deyilir: Artıq stadionumuzda işlər tamamlanıb və komandamızın növbəti ev oyununu qəbul etməyə hazırdır. Ancaq UEFA nümayəndələrinin hələ də “Zaqatala şəhər stadionu”na baxış keçirmədiyindən və rəsmi icazə vermədiyindən, “Simurq” bu turdakı ev oyununda səfərdə keçirməyə məcbur olub. Bununla bağlı Peşəkar Futbol Liqasına müraciət ünvanlanıb və qərara alınıb ki, Topaz Premyer Liqasının XIII turu çərçivəsindəki “Simurq” – “İnter” oyunu “Şəfa” stadionunda, üçüncü dövrənin matçı isə “Zaqatala şəhər stadionu”nda keçirilsin.     Qeyd edək ki, UEFA nümayəndələri Zaqatalaya noyabrın 9-da təşrif buyuracaqlar və stadiona baxış keçirdəcək. Rəsmi oyunların keçirilməsinə icazə verdikdən sonra komandamız doğma arenada rəqiblərini qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43