Ölkə futbolu

“Simurq” “Neftçi” ilə oyuna ciddi itkilərlə çıxacaq

Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasına XI turdan sonra müvəqqəti fasilə verilmişdi. Bugündən etibarən çempionat qaldığı yerdən start götürəcək.

İdmanxeber.com-un məlumatına görə, “Simurq” doğma arenada “Neftçi”ni qonaq edəcək. Saat 17:00-da start götürəcək qarşılaşmanın hazırlıqlarını artıq Zaqatala təmsilçisi tamamlayaraq, istirahətə çəkilib.

İndiyədək “Neftçi” ilə Zaqataladakı görüşlərdə qələbəyə həsrət qalan Georgi Çixradzenin yetirmələri paytaxt təmsilçisilə oyuna ciddi itkilərlə çıxacaq. Uzun müddətdir zədədən əziyyət çəkən Banas Adam fasilə müddətində komandayla birgə məşqlərə başlasada, bu matçda forma geyinə bilməyəcək. Murad Səttarlıyada qarşılaşmada şans verilməyəcək. Həmçinin Vüqar Mustafayev zədə səbəbindən “Neftçi” ilə oyunda komandasına kömək edə bilməyəcək. “Xəzər Lənkəran”la görüşdə sarı vərəqə limitini dolduran Rəşad Eyyubovda cəzalı duruma düşdüyündən bu matçı buraxmalı olacaq.

Son dörd ev oyununda “Neftçi”yə qol vura bilməyən komandamızın oyunu “Simurq TV” vasitəsilə canlı yayımlanacaq.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43