Kateqoriyasız

“Simurq”un Antalyada keçirəcəyi 4 yoxlama matçındakı sınaqçı rəqiblərindən ikisi məlumdu

“Simurq”un qış təlim-məşq toplanışıyla bağlı planları artıq məlumdur. Zaqatala klubu yanvarın 6-da Antalyaya yola düşəcək.

Komanda “Sirena Belek” otelində məskunlaşacaq. Zaqatala təmsilçisi burada dörd yoldaşlıq görüşü keçirəcək. Qarşılaşmalar 15, 18, 21 və 24 yanvar tarixlərində baş tutacaq. Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi Albaniyanın “Partizani” klubu olacaq.

Qeyd edək ki, “Simurq” yanvarın 25-də ölkəyə qayıdacaq və hazırlıqları Zaqatalada davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43