Ölkə futbolu

“Simurq”un baş məşqçisi: “Futbolçumuz topu qapıdan keçirdi amma…”

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində ilk oyun Zaqatalada keçirildi. “Simurq”la üz-üzə gələn “Qarabağ” 0-0 hesabı ilə bitən matçın ardından iki oyunun nəticəsinə görə finala adladı. Qeyd edək ki, ilk oyun “Qarabağ”ın 1-0 hesablı qələbəsi ilə başa çatmışdı.

George Çixradze (“Simurq”un baş məşqçisi): “Kubok oyunları həmişə gərgin olur. Biz “Qarabağ”la iki çətin matç oynadıq. İlk oyunda 1-0 hesabı ilə məğlub olduq. Əgər ilk oyunda qol vura bilsəydik, bu gün daha rahat mübarizə apara bilərdik. İlk oyundakı hesab bizə açıq futbol sərgiləmək imkanı vermirdi. Düzdür, futbolçumuz topu qapıdan keçirdi. Amma həmin epizodla bağlı konkret danışmaq çətindir. Epizoda baxmaq lazımdır. İlk baxışdan, məncə, qola daha çox oxşayır. Lakin təkrar baxmaq lazımdır. “Qarabağ” komandasını isə finala adlaması münasibəti ilə təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43