Kateqoriyasız

“Sivasspor”da koronavirusa yeni yoluxma

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubunda koronavirusa yoluxanların sayı artıb.

İdmanxeber.az-ın məlumatına görə, on analizlər nəticəsində daha iki nəfərin COVİD-19 testi pozitib çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirusa yeni yoluxanlardan biri futbolçu, digəri isə klub işçisidir. Bununla da “Sivasspor”da koronavirus aşkarlanan oyunçuların sayı 6-ya çatıb. Onların adları açıqlanmır.

Qeyd edək ki, “Qarabağ” – “Sivasspor” matçı noyabrın 26-da Türkiyədə baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43