Kateqoriyasız

SON 5 GÜN: “İmarət” liderdir, “Caspian Ultras” geri düşdü

Saytımızda gedən “2014-cü ilin ən yaxşı fan-klubu və ya azad azarkeş qrupu hansıdı?” sorğusu davam edir.

2014-ci ilin ən yaxşı fan-klubu və ya azad azarkeş qrupu  səsvermə yolu ilə seçilir və azarkeşlər sorğuda iştirak etməklə öz sevimli fan klublarına səs verə bilərlər.

Səsvermədə 3017 nəfər iştirak edib.

Liderlik mövqeyində  “İmarət” yer alıb.

Hal-hazırda ilk “üçlük”də qərarlaşan fan klublar aşağıdakılardı:

1. “İmarət” (25%, 743 səs)

2. “Qəbələlilər” (22%, 671 səs)

3. “Qarabağsız Gənclər” (18%, 538 səs)

Qeyd edək ki, sorğu dekabr ayının 20-nə kimi davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43