Milli komanda

SON! ABŞ – Azərbaycan oyununu canlı yayımlayacaq kanal məlum oldu

Mayın 27-də, yerli vaxtla saat 19:00-da (Bakı vaxı ilə 28 may, saat 07:00) San-Fransisko şəhərindəki “Candlestick Park” stadionunda ABŞ və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun canlı yayımlanması ilə əlaqədar AFFA tərəfindən elan olunmuş tenderin nəticəsi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, tenderin televiziya kanalları arasında keçirilməsinə baxmayaraq, müxtəlif şirkətlər yayımın sponsoru olmaq üçün müraciət ediblər və tenderin qalibi Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti olub.

ABŞ – Azərbaycan oyununun ölkəmizdə televiziya yayımının baş sponsoru olan Bakcell şirkətinin istəyinə uyğun olaraq, qarşılaşma “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43