Kateqoriyasız

SON DƏQİQƏ: “Bakı”nın futbolçuları “Qəbələ” ilə səfər matçına getməkdən imtina etdilər

Dörd aydan çoxdur ki, maaş ala bilməyən "Bakı"nın futbolçuları "Qəbələ" ilə səfər matçına getməkdən imtina ediblər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, paytaxt klubunun futbolçuları bugun keçirilən klubdaxili iclasda onlara hər dəfə verilən vədin boşa çıxmasına etiraz əlaməti olaraq, Qəbələ səfərinə gemətəyəcəklərini bildiriblər. 

"Zolaqlılar"da vəziyyət o həddə çatıb ki, komanda məşqə oyunlarda geyindiyi formalarla çıxırmış. Sən demə klubun bazasında hətta su problemi də varmış. Bu dəqiqəyə olan məlumata görə, "Bakı"nın bütün futbolçuları səfərə getməkdən imtina ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43