Kateqoriyasız

SON DƏQİQƏ: : “Millətlər Liqası”nın təşkilinə görə AFFA “hə” dedi, UEFA təsdiqlədi

Bu gün Qazaxıstanın paytaxtı Astanada UEFA-nın növbəti konqresi öz işinə başlayıb.

İdmanxeber.com-un məlumatına görə, bir müddətdir müzakirə olunan Millətlər Liqası yarışının təşkili məsələsi axır ki, səsvermə nəticəsində qəbul olunaraq, rəsmiləşib. 

Qurumun rəsmi saytının yaydığı xəbərə görə, qərar alınıb ki, yoldaşlıq oyunlarını əvəzinə təşkil olunacaq “Millətlər Liqası”nın yaradılmasına bütün milli assosiasiyalar yekdilliklə səs verib.

Hələlik turnirin dəqiq formatı məlum deyil. İlkin varianta görə, liqa 4 diviziondan ibarət olacaq. Reqlamentə əsasən divizionlardan çıxma və ora yüksəlmə də olacaq.

AFFA-nın da iştirak etdiyi tədbirdə assosiasiya “hə” deyib.

Avropa zonasında iştirak edən komandalar 4 qrupa bölünəcək. 2018-ci ilin sentyabrından noyabrına qədər hər komanda 4-6 oyun keçirəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43