Ölkə futbolu

“Real”a qol vuran futbolçu “Kəpəz”ə keçə bilər – ÖZƏL

Transfer çalışmalarını davam etdirən “Kəpəz” klubu yeni futbolçu ilə heyətini gücləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Almaniya II Bundesliqa klubu “Hanza”da çıxış edən Sebastian Tillə anlaşmaq üzrədir. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar sona yaxınlaşır.

Lüksemburqlu yarımmüdafiəçi 2021-22 mövsümünü “Şerif”də keçirib. Till Moldova klubunun heyətində Çempionlar Liqasınıın qrup mərhələsində “Real”a qol vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43