Dünya futbolu

SON: yarımçıq qalan “Qalatasaray” – “Yuventus” matçının başlama saatı müəyyənləşdi

Xəbər verdiyimiz kimi Çempionlar Liqasında dünən keçirilən "Qalatasaray" – "Yuventus" matçı qar yağdığına görə təxirə salınıb.

İdmanxeber.com-un "fanatik"ə istinadən verdiyi məlumata görə, matçın hakimlər birqadası az öncə "TT Arena"nın ot örtüyündə analizlər aparıblar və görüşün qaldığı yerdən davam etməsinə qərar veriblər.

Belə ki, 31-ci dəqiqədə dayandırılan matç bu gün Bakı vaxtı ilə saat 17:00-dan etibarən qaldığı yerdən davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43