Ölkə futbolu

“Sportinq” azərbaycanlı futbolçunu transfer etdi, 60 milyon qiymət qoydu

Azərbaycanlı futbolçu Budaq Nəsirovun “Sportinq”ə keçidi rəsmiləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Nəsirov gözləntiləri doğrultsa, sözləşməsinin müddəti 2021-ci ilin iyun ayına qədər uzadılacaq.
 
Müqavilədə Nəsirovun başqa kluba keçməsi üçün transfer qiyməti 60 milyon avro olaraq göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43