Dünya futbolu

“Sportinq”də ciddi itki: “Qarabağ”a qarşı oynamayacaq

“Qarabağ”ın Avroliqadakı rəqiblərindən olan “Sportinq” komandasının heyətində ciddi itki baş verib. Portuqaliya çempionatının 9-cu turunda “Santa Klara”nı məğlub edən Lissabon təmsilçisinin futbolçusu Rodriqo Battalya zədələnərək meydandan çıxıb. Dizindən zədələnən futbolçunun durumunun ciddi olduğu və əməliyyat olunacağı bildirilib.

Futbolçu əməliyyat olunduqdan bir neçə ay sonra yenidən yaşıl meydanlara qayıdacaq. Bu isə o deməkdir ki, 27 yaşlı futbolçusu noyabrın 29-da keçiriləcək  “Qarabağ”la səfər görüşünü buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43