Dünya futbolu

Srna Xorvatiya millisinə qayıdır

“Kalyari”nin futbolçusu Dario  Srna Xorvatiya millisinə qayıda bilər.

Zlatko Daliç Dari Srnaın milliyə qayıtmağa razı salmağa qərar verib. O, sağ cinahda oynatmağa futblçu problemi yaşadığı üçün bu addımı  atıb.

Xəbərdə o da qeyd olunub ki, Srnanı milliyə qaytarmaq asan olmayacaq. Buna görə baş məşqçi  oyunçu ilə dostluq münasibətləri olan komandanın aparıcı futbolçusu Luka Modriç və digər şəxslərin köməyindən istifadə etməyi planlaşdırır.

Xorvatiya yığması Avro-2020-nin seçmə mərhələsində ilk oyununu martın 21-i Azərbaycan millisinə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43