Dünya futbolu

“Sumqayıt” “Kəpəz”lə oyuna hazırlığı davam etdirir

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Kəpəz”lə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığı davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, sözügedən kollektiv bu gün “Kapital Bank Arena”da növbəti məşqini keçirib. Məşq prosesi əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində baş tutub. Təxminən 1.5 saat davam edən məşq prosesində zədəli futbolçu yer almayıb.

Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” qarşılaşması avqustun 13-də “Kapital Bank Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək. Oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43