Kateqoriyasız

“Sumqayıt” “Nitsa”nın sabiq üzvünü transfer etdi

Ölkəmizi ilk dəfə Avropa Liqasında təmsil edəcək “Sumqayıt” heyətinə daha bir futbolçu cəlb edib.

Idmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü İran yüksək liqası təmsilçisi “Pars Jonoubi Jam” klubunda keçirən Azərbaycan əsilli Adəm Həmati ilə 1+1 illik müqavilə imzalanıb. 25 yaşlı yarımmüdafiəçi  yeni komandasında ”21” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kanadanın “Toronto City” klubunun akademiyasının yetirməsi olan Adəm Həmati peşəkar karyerasına 2014-cü ildə Fransanın “Nitsa” klubunun əvəzedici heyətində başlayıb. Daha sonra isə İranın “Persepolis” klubuna keçən Adəmin son klubu “Pars Jonoubi Jam” komandası olub.

Xatırladaq ki, “Sumqayıt” buna qədər Tellur Mütəllimov, Elvin Məmmədov, Əli Qurbani və Kərəm Sultanovu da transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43