Kateqoriyasız

“Sumqayıt” qazaxıstanlı futbolçu aldı

Qazaxıstanın U-21 millisinin üzvü Kərəm Sultanovun “Sumqayıt”a keçidi rəsmiləşib.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb. “Gənclik şəhəri” təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, K.Sultanovun son klubu Qazaxıstan “Kaspi”si olub. Bundan əlavə o, ölkəsində “Ordabası”, “Bayterek”, “Kızıl-Jar” kimi komandalarda da çıxış edib.

Xatırladaq ki, “Sumqayıt” bunadək Tellur Mütəllimov, Elvin Məmmədov və Əli Qurbanini heyətinə qatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43