Ölkə futbolu

“Sumqayıt” – “Qəbələ” matçı təxirə salındı

Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının XIX turunun “Sumqayıt” – “Qəbələ” oyunu təxirə salınıb. Bu barədə Sumqayıt klubunun rəsmi saytı məlumat yayıb.

Buna səbəb əlverişsiz hava şəraiti olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu qar altında qaldığından matç baş tutmayıb. Qarşılaşmanın nə vaxt keçiriləcəyi bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43