Kateqoriyasız

“Sumqayıt” rusiyalı müdafiəçi ilə danışıqları yekunlaşdırdı – Yeni müqavilənin DETALLARI

“Sumqayıt” müdafiəçisi Cəmaləddin Xocaniyazova yeni müqavilə təklif edib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Aleksey Baqa türkmən əsilli rusiyalı futbolçunun oyunundan tam razıdır və onu sərəncamında görmək istəyir.

Tərəflər 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilənin şərtlərini, demək olar ki, razılaşdırıblar. 25 yaşlı stopper yeni müqaviləyə əsasən, növbəti 2 il ərzində ayda 8000 dollar alacaq.

sportlife.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43