Ölkə futbolu

“Sumqayıt” – “Səbail” matçının başlama saatı məlum oldu

Artıq 1 həftədir təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu gün səhər məşqində fiziki hazırlıq üzərində çalışıb.

İdmanxeber.com-un məlumatına görə, komanda Samir Abasovun rəhbərliyi altında dəniz kənarında kross qaçışla kifayətlənib. Əvvəldən məlumat verdiyimiz kimi, “Sumqayıt” hazırlıq çərçivəsində ilk yoxlama oyununu iyulun 2-də “Səbail”ə qarşı keçirəcək.

Qarşılaşma saat 18:00-da “Kapital Bank Arena”da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43