Ölkə futbolu

“İnter” səfərdə bu heyəti üstələməyə çalışacaq

Avropa Liqasının I təsnifat mərhələsində “İnter”i qəbul edəcək “Mladost”un bugünkü qarşılaşmada hansı “11-lik”lə mübarizə aparacağı müəyyənləşib. 

İdmanxeber.com-un Serbiya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Nenad Milovanoviçin meydana buraxacağı heyət belə olacaq:
(q) Nemanya Krznariç, (m) Boqdan Miloşeviç, Miloş Şatara, İvan Miloşeviç, Nikola Andriç, (y/m) Aleksandr Peyoviç, Vladimir Radivoyeviç, Nenad Marinkoviç, Saşa Yovanoviç və Miloş Trifunoviç, (h) Obiora Odita qol axtarışında olacaq.
 Qeyd edək ki, bu gün “Mladost” stadionunda keçiriləcək “Mladost” – “İnter” görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43