Ölkə futbolu

“Neftçi”də iki yeni sponsor

“Neftçi” iki yeni potensial sponsorla danışıqlar aparır.

İdmanxeber.com-un məlumatına görə, barədə sport24.az saytına məlumatı komandanın Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Əfsərli verib.

Əfsərli sponsor sayının artırılması yolunda əməli işlər görüləcəyini də bildirdi: “Hazırda iki şirkətlə danışıqlarımız uğurla davam edir. Müqavilə imzalananadək bu haqda ətraflı informasiya verməyim düzgün olmaz. Elə həmin şirkətlərin adlarını da indidən açıqlamayacam. Yeni mövsümə biz də öz sahəmizdə maksimum hazırlıqlı olmalıyıq. Marketinq sahəsində xeyli planlarımız var. Zaman-zaman hamısını həyata keçirməyə çalışacağıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43