Kateqoriyasız

“Sumqayıt” “Zirə”yə, “Sabah” “Qəbələ”yə qarşı (YENİLƏNİR)

Bu gün Azərbaycan Premyer Liqasında yaranmış fasilə başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, IV tura 2 oyunla start verilib.

İlk oyun günündə iki görüş keçirilib. Açılış matçı Sumqayıtda baş tutub. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edib. 3 qolun qeydə alındığı matçda qonaqlar qələbəyə sevinib.

Günün digər oyununda isə “Qəbələ” “Sabah”ın qonağı olub. Heyətini gücləndirən paytaxt klubu yarımcan “Qəbələ”ylə bacarmayıb – 0:1.

Turun daha iki qarşılaşması isə sabah keçirilləcək.

Azərbaycan Premyer Liqası

14 sentyabr (şənbə)

20:00. “Sabah” – “Qəbələ” – 0:1
Qol: 
Roman Hüseynov, 47
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
“Bank Respublika Arena”

18:00. “Sumqayıt” – “Zirə” – 1:2
Qollar: 
Xulio Sezar Rodriges, 5 (0:1),Tellur Mütəllimov, 16-avtoqol (1:1), Şafik Tiqrudja, 88 (1:2)
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
“Kapital Bank Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43